Elman Rüstəmov: " Bu il inflyasiyanın aşağı olacağı gözlənilir"

Elman Rüstəmov:  " Bu il inflyasiyanın aşağı olacağı gözlənilir"

"Bu ilin mart ayında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib".

Metbuat.az-ın məlumatına görə, bu haqda Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında açıqlama verib.

Sədr qeyd edib ki, bu, Mərkəzi Bankın hədəf çərçivəsindədir: "İllik inflyasiya başlıca olaraq pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib və 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub".

Elman Rüstəmovun sözlərinə görə, illik inflyasiyanın artımının təxminən 50 faizi bu amilin payına düşür:

"Ərzaq 2,3 faiz, qeyri-ərzaq qiymətlərinin isə 1,3 faiz artım dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır”.

Mərkəzi Bankın sədri eyni zamanda qeyd edib ki, bu il inflyasiyanın aşağı olacağı gözlənilir, bu rəqəm isə təxminən 4 faiz təşkil edəcək.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər