Elman Rüstəmov yenə üzən məzənnədən DANIŞDI

“Üzən məzənnə, çevik üzən məzənnəyə keçid istiqamətində Mərkəzi Bankda ciddi işlər gedir”.
Moderator.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov qeyd edib ki, islahatlar və proqramlar üzərində iş gedir:
“Bunun ən başlıca istiqamət inflyasiyanın hədəflənməsi rejiminə keçiddir. Bununla üzən məzənnə rejiminə daha cəsarətlə keçidi reallaşdıra bilərik. Bu bir neçə ilə bölünmüş mərhələdir. Başqa ölkələrin təcrübəsini öyərnmişik. Olduqca böyük şərtləri var, baza şərtləri var”.
Sədrin sözlərinə görə, bunun reallaşması üçün 10 istiqamət üzrə ciddi islahatlar həyata keçirilməlidir.
Açar sözlər
Elman Rüstəmov
, Mərkəzi Bank