Elman Rüstəmovdan açıqlama: "Hal-hazırda dövriyyədə..."

 Elman Rüstəmovdan açıqlama: "Hal-hazırda dövriyyədə..."

"Dövriyyədə 8 milyard 300 milyon pul var".

Metbuat.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, baxmayaraq ki, məbləğcə iri nominallı pul nişanları 90 faiz təşkil edir, ancaq ədədlə təxminən 45 faizə yaxını xırda nominallı pul nişanlarıdır:

"Ona görə dövriyyədə çox işlənildiyinə görə, xırda nominallı pullar daha tez köhnəlir. Onların köhnəlmə dərəcəsinə gəldikdə isə xırda nominallı pul nişanlarınən 80 faizi dövriyyəyə buraxıldığı gündən 1 il ərzində 80 faizi köhnəlir, yəni 1, 5, 10, 20 manatlıq pul nişanlarından söhbət gedir. 20 manatlıq 60 faiz, 1, 5, 10 manatlıq pul nişanlarının isə 80 faizi 1 il ərzində körnəlir. 50 manatlıq pul nişanları təxminən 40 faiz, 100 manatlıq isə təxminən bir il ərzində 18-20 faiz köhnəlir və dövriyyədən çıxarılır".

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər