Elmar Vəliyevə qarşı sui-qəsd ilə bağlı paylaşım edən şəxsin cəzası azaldıldı

Elmar Vəliyevə qarşı sui-qəsd ilə bağlı paylaşım edən şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.
İttiham aktına əsasən, İ.Quliyev 3 iyul 2018-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər