Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində Bakı Avropa Liseyinin şagirdləri üçün “Hüseyn Cavid yaradıcılığının tədris məsələləri” mövzusunda açıq dərs keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, elmlə təhsilin inteqrasiyası çərçivəsində reallaşdırılan tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliğinə həsr olunub.

Dərs zamanı şagirdlərə muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədibin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, o cümlədən Cavidlər ailəsi haqqında məlumat verilib. Bundan əlavə, məktəblilərə muzeyin nəşrlərindən də danışılıb.

Açar sözlər
Hüseyn Cavid , Azərbaycan Milli Elmlər Akademiyası , Bakı Avropa Liseyi , Azərbaycan , Bakı
Mədəniyyət xəbərləri
Azertag.az digər xəbərlər