Elxan Şahinoğlu: “ABŞ-ın dövlət katibi nazirlərin növbəti görüşünün ABŞ ərazisində keçirilməsinə çalışır” RƏY-ÖZƏL

Elxan Şahinoğlu: “ABŞ-ın dövlət katibi nazirlərin növbəti görüşünün ABŞ ərazisində keçirilməsinə çalışır” RƏY-ÖZƏL

“Xarici işlər nazirlərinin mütəmadi keçirilən görüşlərindən real nəticə əldə olmayıb və son görüşdə elə bir optimist üçün əsas vermir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh tolu ilə həllinə təsir etməyəcək müəyyən detallar ətrafında ortaq baxış var, jurnalistlərin qarşılıqlı səfərləri, atəşkəs rejiminin qorunması: “Amma bizi əsas maraqlandıran odur ki, nə vaxt işğalçı Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf rayonları boşaltmağa başlayacaq? Bizim ən böyük tələbimiz budur. Ancaq bu istiqamətdə irəliləyiş yoxdur. Ona görə də, növbəti görüşdən optimist deyiləm. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkil olunan rəsmi görüşlərin böyük əksəriyyəti Rusiyanın vasitəsi ilə reallaşdırması bu anlama gəlir ki, hər zaman Rusiya bölgədə söz sahibi olduğunu nümayiş etdirməyə çalışır. Rusiya həm də, ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətlərindən biridir. Yəni digər iki həmsədr dövlətdə var. Müəyyən vaxtlarda Fransa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslərlə çıxışlar ediblər. Hazırda ABŞ bir az fəallaşmağa çalışır. ABŞ-ın dövlət katibi xarici işlər nazirlərinin növbəti görüşünün ABŞ ərazisində keçirilməsinə çalışır. Hesab edirəm ki, bunun da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ciddi təsiri yoxdur. Önəmli olan bu dövlətlərin işğalçıya təsir etməsidir. Fransa və ABŞ-ın Ermənistana təsir imkanları o qədər geniş deyil. Amma Rusiyanın kifayət qədər əlində təsir imkanı var ki, işğalçını mərhələli həll planını qəbul etdirməyə razı salsın, ona təsir etsin. Çox təəssüflər olsun ki, Rusiya bunu etmir. Ona görə də, Rusiyada görüşlərin sayı çox olsa da danışıqlar hələ də ölü nöqtədən tərpənməyib”.

GÜLYANƏ

Siyasət xəbərləri
Sia.az digər xəbərlər