Elxan Şahinoğlu: “Türkiyədə siyasi partiyalar arasında dialoqa ehtiyyac var”

Elxan Şahinoğlu: “Türkiyədə siyasi partiyalar arasında dialoqa ehtiyyac var”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, hakim partiya və prezident Rəcəb Tayyip Ərdoğan bələdiyyə seçkilərinin nəticələrini tanımadıqca ölkədəki vəziyyət daha da gərginləşə bilər

RADİOElxan Şahinoğlu: “Türkiyədə siyasi partiyalar arasında dialoqa ehtiyyac var”

CHP lideri Kamal Kılıçdaroğlu Çubukda şəhid Yener Kırıkcının cənazə mərasimində bir qrup şəxsin hücumuna məruz qalıb. “Şəhidlər ölməz, Vətən bölünməz, məhv olsun PKK” şüarını səsləndirən bir qrup şəxs Kılıçdaroğluna yumruq və təpiklərlə hücum edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Kamal Kılıçdaroğluna qarşı hücum siyasi dairələrdə də mənfi qarşılanıb:

“Bu hücumun baş verməsinin bir neçə səbəbləri var. CHP-nin HDP ilə ittifaqa girərək seçkilərdə qələbə qazanması şəhid ailələrində qəzəb yaradıb. Digər tərəfdən hazırda Türkiyə siyasətində hərarət yüksəkdir, tərəflər bir-birinə qarşı ağır ifadələr işlədirlər. Bu da istər-istəməz cəmiyyətə sirayət edir. Türkiyədə siyasi partiyalar arasında dialoqa ehtiyyac var. Hakim partiya və prezident Rəcəb Tayyip Ərdoğan bələdiyyə seçkilərinin nəticələrini tanımadıqca, ölkədəki vəziyyət daha da gərginləşə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Açar sözlər
Chp , Pkk , Azərbaycan , Türkiyə
Siyasət xəbərləri
Sputnik.az digər xəbərlər