Ember borcunu ödəmək üçün kitab yazır

Ember borcunu ödəmək üçün kitab yazır
Depozit faizini öncədən al!

Amerikalı aktrisa Ember Hördlə Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşından bəhs edən kitab yazacaq.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisa kitabda Conni ilə evliliyindən bəhs edəcək. O, bunu eks-həyat yoldaşına verməli olduğu təzminatı ödəmək üçün etdiyini bildirib.

"Amber Hollivud karyerasının bitdiyini düşünür. O, artıq kitab üçün danışıqlara başlayıb. Onun indi itirəcək heç nəyi yoxdur və o, hər şeyi danışmaq istəyir" - deyə, aktrisaya yaxın mənbə deyib.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

Açar sözlər
Conni Depp
Mədəniyyət xəbərləri
Day.az digər xəbərlər