Ən aşağı ölüm səviyyəsinin müsəlman regionlarında olduğu bilindi...

Ən aşağı ölüm səviyyəsinin müsəlman regionlarında olduğu bilindi...

“Ən aşağı ölüm səviyəsii Şimali Qafqaz Federal Dairəsində qeyd olunur”.


Moderator.az xəbər verir ki, “RİA Novosti”nin yaydığı verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş iclasında söyləyib.


Bəlli olub ki, 2018-ci ilin sonunda İnquşetiyada ölüm halları1000 nəfər əhaliyə 3, Çeçenistanda 4,2, Dağıstanda isə 4,8 səviyyəsində olub. Kabardin-Balkar və Yakutiyada da nisbətən aşağı dərəcələr göstərilib. Həmin bölgələrdə ölüm səviyyəsi 7,8 nəfərdir.


Ötən il ən çox ölüm halları Rusiyanın Oryol, İvanovo, Tula, Novqorod, Pskov və Tver bölgələrində qeydə alınıb. “Rosstat”ın verdiyi məlumata görə, Pskov və Tver bölgələrində ölüm səviyyəsi orta hesabla 16,8, Novqorodda 16,5, İvanovoda 16, Vladimirdə isə 15,8 olub.

Rusiyada 2018-ci ilin sonunda orta hesabla ölüm nisbəti 1000 nəfər əhaliyə 12,4 nəfər olub.

Rusiyanın Qafqaz bölgələrində ölüm göstəricisinin aşağı səviyyəsi iqlim şəraiti, tibbi yardımın keyfiyyəti və spirtli içkidən az istifadə olunması ilə əlaqələndirilir. Ekspertlər deyirlər ki, bu bölgədə daha az alkoqol qəbul olunduğu üçün daha az zəhərlənmə və yol qəzaları baş verir.


Qeyd edək ki, ölümün ümumi əmsalı – əhali ara¬sında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilin¬də müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.


Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Ria Novosti , Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Şimali Qafqaz Federal Dairəsi , Rusiya , Tver , Pskov , Tula , Oryol
Hadisə xəbərləri
Behrudidən sensasion AÇIQLAMA: “Bizim Həcc ziyartinə gedənlərin pulu Ermənistana axır”

Behrudidən sensasion AÇIQLAMA: “Bizim Həcc ziyartinə gedənlərin pulu Ermənistana axır”

14-04-2019 11:04 - Orman.az - Hadisə
Behrudi bildirib ki, bizim Həcc ziyarətinə gedən şəxslərin pulları dolayısı ilə Ermənistana axır.“Erməni parlamentinin bir bir deputatı parlamentin iclasında söyləyir ki, qədim peşənin tanınmış nümayəndəsi Kim Qardaşyanın təkbaşına Ermənistana elədiyi yardım xaricdəki erməni diasporasının elədiyindən bir neçə dəfə artıqdır! Burda bir ricət eləmək ağlıma gəldi… Yəqin bilirsiniz ki, Səduyə krallığının kralı Kəbənin həm xidmətçisi, həm də ora toplanan gəlirin tam sahibidir! İkinci ricətim də ondan ibarətdir ki, keçən il dünya mətbuatı yazrdı ki, kralın varisinin Kim Qardaşyana pul qarşılığında yataq təklifi əvvəl baş tutmamış, sonda Kim Qardaşyan 10 milyon dollar qarşılığında təklifi qəbul eləmişdi! Əcəba ,bu 10 milyon bizim Həc ziyarətinə gedənlərin pulu olmasın?! Burdan belə çıxmırmı ki,bizim həc ziyarətinə xərclədiyimiz pul Kəbənin xəzinəsindən birbaşa kralın cibinə axıb, onun şəxsi puluna çevrilir! O da onu götürüb əyyaşlıq eləmək üçün bir fahişəyə – Qardaşyana verir! Qardaşyan da o pulu Ermənistan hökümətinə bağışlayır!!! Ermənilər də o pula silah alıb həmin silahla əsgərlərimizi öldürür! Və Həc ziyarətinə xərclənən pullar gülləyə dönüb üstümüzə gəlir! Bilirəm məni dinsizlikdə günahlandıranlar olacaq, amma, görün ustad nə deyir: Dərviş Yunus,ye,yedir, Bir könül ələ gətir, Yüz Kəbədən yeyrəkdir, Bir könül ziyarəti.
Moderator.az digər xəbərlər