Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub

Yaxın zamanlarda Gəncə və Xaçmazda Əmlak Xidmətləri Məkanın açılması nəzərdə tutulur. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub. Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir. Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

İqtisadiyyat xəbərləri
Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

25-04-2019 22:48 - Yenisabah.az - İqtisadiyyat
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır. Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin qeydiyyatı isə davam etməkdədir. Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir. Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir. Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir.
Olaylar.az digər xəbərlər