Ən çox satılan smartfonlar-Siyahı

 Ən çox satılan smartfonlar-Siyahı

Son zamanlarda etdiyi araşdırmalarla gündəmdə olan Strategy Analytcis yenə maraqlı bir hesabat yayımlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət 2018-ci ilin ilk rübündə ən çox satılan 6 mobil telefon markasını təqdim edib.

Belə ki, 1-ci yerin sahibi isə 16 milyon satışla iPhone X olub.

12.5 milyon satışla iPhohe 8 2-ci, 8.3 milyon satışla iPhone 8 Plus 3-cü yerdə qərarlaşıb. 4-cü yerin sahibi isə 5.6 milyon satışla iPhone 7-dir.

5-ci yerdə isə 5.4 milyon satışla Xiaomi Redmi 5A var.

5.3 milyon satışla Samsung Galaxy S9 Plus 6-cı yerdə qərarlaşıb.

Bu da onu göstərir ki, ilk dörd yerin sahibi olan iPhone yenə Samsung, Xiaomi kimi rəqiblərindən üstün olmağı bacarıb.

Elşən Abdulkərimov

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər