Ən geniş mobil qeydiyyat xidməti reallaşacaq

Ən geniş mobil qeydiyyat xidməti reallaşacaq

52 binanın 2522 sakinindən ünvanda ilkin sənədlər toplanılır

Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək keçirilən ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır. Belə ki, vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin edilməsi, xidmətlərdə əlavə təmasın olmaması, o cümlədən qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşlara çatdırılması istiqamətində işlər intensiv xarakter almaqdadır. Qeydiyyat xidmətlərinin ünvanda göstərilməsi vətəndaş məmnunluğunun atırılmasına yönəlib. Bu məqsədlə mayın 8-dən etibarən Abşeronun Masazır qəsəbəsində yerləşən "İlin dörd fəsli Mənzil-Servis" MTK-ya məxsus yeni inşa edilmiş bina sakinlərinə yaşadıqları məkanda səyyar xidmət göstərilir. Vətəndaşların arzusunda olduğu çıxarışın əldə olunması üçün onlardan ilkin sənədlər toplanır. Bu kampaniya mayın 15-nə kimi davam edəcək. Komitədən "Olaylar"a bildirilib ki, mobil qeydiyyat xidməti 52 binanı əhatə edir və 2522 sakindən ilkin sənədlər toplanır. Eyni zamanda belə bina sakinləri və MTK üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, onlar şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim etməklə çıxarışa sahib ola bilər. Sözügedən sənədlərin vətəndaşlara verilməsi barədə MTK-ya tövsiyə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər