Ən yaxşı kameralı smartfonun adı açıqlanıb

Ən yaxşı kameralı smartfonun adı açıqlanıb

Müasir smartfonların kamera və obyektivlərinin sınağı ilə məşğul olan "DxOMark" şirkəti "Samsung Galaxy S10 5G" smartfonunun testinin nəticələrini dərc edib.

Olaylar.az bildirir ki, "Galaxy S10 5G" əsas kameralar reytinqində "Huawei P30 Pro" modeli ilə birinci yeri bölüşüb.

Cihaz, "DxOMark" tərəfindən videoçəkilişə görə 100 balla qiymətləndirilən ilk smartfon olmaqla rekorda imza atıb.

Selfi" kameralar reytinqində isə "Samsung Galaxy S10 5G" smartfonu 96 balla "Galaxy S10 Plus", "Google Pixel 3" və "Galaxy Note 9" (92 bal) modellərini üstələyib. 89 bal toplayan "Huawei P30 Pro" isə bu göstəriciyə görə beşinci yerlə kifayətlənib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İKT xəbərləri
Olaylar.az digər xəbərlər