Energetika naziri Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib

Energetika naziri Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib

Energetika naziri Pərviz Şahbazov Çində "Kəmər və Yol" ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən "Kəmər və Yol Enerji Tərəfdaşlığı"nın inauqurasiya mərasimində iştirak edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, nazir Pərviz Şahbazov çıxışında "Kəmər və Yol Enerji Tərəfdaşlığı"nı qlobal əməkdaşlıq platforması kimi qiymətləndirib və bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini deyib: "Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik.

Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın "İpək Yolu İqtisadi Kəməri" təşəbbüsündə iştirakından da bəhs edib. "İpək Yolu İqtisadi Kəməri"nə xidmət edənlayihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdıırb. İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib.

Energetika naziri Pərviz Şahbazov "İnfrastruktur əlaqələri" mövzusuna həsr olunmuş sessiyada da çıxış edib. Nazir Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu-Bakı-Tbilisi-Qars dəmiryolu, Xəzər dənizində 25 milyon tona qədər yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də neft-qaz kəmərləri barəsində ətraflı məlumat verib. Bu infrastruktur əlaqələrinin "Kəmər və Yol" ölkələri ilə çoxşaxəli və davamlı əməkdaşlığa imkan yaratdığını bildirib.

İqtisadiyyat xəbərləri
Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

25-04-2019 22:48 - Yenisabah.az - İqtisadiyyat
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır. Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin qeydiyyatı isə davam etməkdədir. Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir. Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir. Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir.
Olaylar.az digər xəbərlər