“EnterpriseAzerbaijan” portalının nümayəndələri ADNSU-da startap təlimi keçib

“EnterpriseAzerbaijan” portalının nümayəndələri ADNSU-da startap təlimi keçib


Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Vergilər Nazirliyinin birgə layihəsi çərçivəsində “EnterpriseAzerbaijan.com” portalının nümayəndələri tələbələrə təlim keçib.


Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-nun rektoru professor Mustafa Babanlının iştirakçılara salamını çatdırıb. Açılış nitqinin ardınca “EnterpriseAzerbaijan.com” portalının meneceri Aytən Məmmədova startap platforması barədə tələbələrə ətraflı məlumat verib.


Çıxış edən “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və “British Council”ın “Kreativ qığılcım” layihəsinin meneceri Oruc Dursunzadə layihənin praktiki tərəfləri barədə tələbələrə məlumat verib.


Təlimdə çıxış edən Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara, o cümlədən startapçılara qeyd olunan mövzularda tətbiq olunan vergi güzəştləri və azalmalar barədə ətraflı məlumat verib.


Daha sonra “Azexport” portalının rəhbəri Zaur Qardaşov “Baku E-Commerce Academy” ilə birlikdə “Amazonla qazan” təlimləri barədə danışıb. Qeyd edib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir.


Qeyd edək ki, təlim yeni ideya və layihələr həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaq məqsədi daşıyıb.

Açar sözlər
Mustafa Babanlı , Aytən Məmmədova , Qasım Məmmədov , Zaur Qardaşov , Hacı Qasımov , Vergilər Nazirliyi , Amazon , Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti , Iqtisadi Islahatların Təhlili Və Kommunikasiya Mərkəzi
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər