Ər arvadını maşınla vurub intihara cəhd etdi - Gəncədə ilginc cinayət


Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu il aprelin 3-də baş verib.

Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsədə tibbi yardımlara baxmayaraq bu gün dünyasın dəyişib.

E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd edib. O xəstəxanaya yerləşdirilib. Sağalandan sonra hüquq mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.


Açar sözlər
Sevinc Abbasova , Eldar Abbasov , Gəncə Şəhər Prokurorluğu , Gəncə
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər