Ərdoğan bir daha İstanbul seçkilərindən danışdı - "Doğru qərardır"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nəticələri ləğv olunan İstanbul bələdiyyə seçkilərinin təkrar keçirilməsinin ən yaxşı variant olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğana görə, az qala, hər bir detalı mübahisə doğuran seçkilərin nəticələrinin ləğvi ən doğru qərardır: "Seçkinin səhəri gün 39 rayondan 25-də qalib gəlməyimizə baxmayaraq 28 min səs fərqi ilə qalib gəldiklərini açıqladılar. Təkrar səssaymada fərq 13 minə endi. Bu, seçkilərin saxtalaşdırıldığı anlamına gəlmirmi? Məqsədimiz bir namizədin haqqını digərinə vermək deyil, şəffaf seçkilərin keçirilməsidir. Şübhələr ortaya çıxmasaydı CHP-nin namizədi bir səs çoxluğu iləbelə qalib gəlsəydi başımızın üstündə yeri vardır. Yerlərdəki seçki məntəqələrində çoxsaylı pozuntular olub. 2018-ci ilə qədər seçki komissiyalarında məmur olmayanlar da təmsil oluna bilirdilər. Amma mart ayında qanuna edilən dəyişikliklərən sonra ancaq dövlət qulluqçuları seçki məntəqələrində təmsil oluna bilərlər. Bank işçiləri seçki qutularının başında olmamalıdır. YSK-nın qərarına hər kəs sayqı duymalıdır. 31 martda seçkilərdə qalib gəldiyini düşünənlər 23 iyunda da qlib gələ bilərlər".


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər