Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var

Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var

Day.Az представляет новость на азербайджанском языке

Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fərman "Rəsmi qəzet" nəşrində dərc olunub.

Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, "Husi" qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, "Husi" inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb.

Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq.

Xatırladaq ki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.

Siyasət xəbərləri
Day.az digər xəbərlər