Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Ərdoğan Makronla Qarabağı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron NATO-nun Brüsseldə keçiriləcək sammiti ərəfəsində Qarabağ, Suriya və Livandakı vəziyyətlə bağlı müzakirələr aparacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa prezidenti mətbuata açıqlamasında deyib.

"NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə birbaşa görüşüm olacaq. Bu, bir sıra mövzularda fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", - deyə Makron bildirib.

Qeyd edək ki, NATO-nun zirvə toplantısı iyunun 14-də Brüsseldə keçiriləcək.

Açar sözlər
Rəcəb Tayyib Ərdoğan , Emmanuel Makron , Nato , Fransa , Qarabağ , Türkiyə , Suriya , Livan , Brüssel
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər