Ərdoğan: Türkiyə Qarabağda dinc əhalinin qırğınını unutmayacaq

Ərdoğan: Türkiyə Qarabağda dinc əhalinin qırğınını unutmayacaq

Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider qeyd edib ki, 1915-ci ildə erməni silahlıları Osmanlı imperiyasında dinc sakinləri qətlə yetirirdi: “Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivləri açıb, əgər Yerevanın da arxivləri varsa, onları açsın”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyəni “erməni soyqırımı”nda ittiham edən ölkələrin tarixi soyqırımı və dinc əhalinin qətli ilə zəngindir: “Birinci və İkinci Dünya müharibələrini nə türklər, nə də müsəlmanlar başlayıb”.

Açar sözlər
Rəcəb Tayyib Ərdoğan , Türkiyə , Qarabağ
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər