Ərdoğan: “Türkiyəsiz Avropa İttifaqı dağılmağa məhkumdur”

Ərdoğan: “Türkiyəsiz Avropa İttifaqı dağılmağa məhkumdur”

Türkiyə “onu Avropa cəmiyyətindən kənarlaşdırmaq istəyənlərin” hərəkətlərinə baxmayaraq, Avropa İttifaqına daxil olmaq üçün səylərini əsirgəməyəcək. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

O qeyd edib ki, Ankaranın tam hüquqlu iştirakı olmadan Aİ-nin bəyan etdiyi dəyərlərinin təminatı üzrə bütün səyləri “məhvə məhkumdur” və Avropa İttifaqının Türkiyəyə ehtiyacının Türkiyənin Aİ-yə ehtiyacından çox olduğunu əlavə edib.

Ərdoğan vurğulayıb ki, ölkə vizasız rejimin tətbiqi üçün Aİ-nin irəli sürdüyü 72 tələbdən 66-sını yerinə yetirib.

Türkiyə 1963-cü ildə assosiasiya haqqında sazişi imzalayıb. 1987-ci ildə o, Aİ-yə üzvlük üçün ərizə təqdim edib. Bununla bağlı danışıqlar hələ də davam edir.

Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər