Ərdoğanın cangüdənlərinin vəkili döymə görüntüləri yayıldı –VİDEO

İki həftə əvvəl Türkiyə prezidenti Ərdoğanın cangüdənləri tərəfindən vəkil Sertuğ Serenoğlunun döyülmə görüntüləri yerli mediada yayılıb.
Ərdoğan Demirören ve Kalyoncu ailələrinin övladlarının toyuna gedərkən yolların bağlanmasına etiraz edən vəkil “Bir toy üçün yolları bağlamaqmı olar?”, – deyə etiraz edib.
Bundan sonra onunla cangüdənlər arasında yaşanan dartışma vəkilin saxlanılması ilə bitib.
Xatırladaq ki, bu hadisə Türkiyədə ciddi müzakirələrə səbəb olub.
Hətta Türkiyə Vəkillər Birliyinin sədri Metin Feyzioğlu “Bu işin ipini buraxmayacağıq”, – deyə bəyanat yaymışdı.(Strateq.az)
Açar sözlər
Türkiyə