"Ərimdən boşanmışam, anam qutab bişirib oğlumu və məni saxlayır" - Günay intihara ƏL ATDI - VİDEO


Xəbər verdiyimiz kimi, 27 yaşlı Günay Nəbiyeva paytaxtın Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə gedən istiqamətdə olan körpüdən özünü atmaq istəyib. Bu zaman əraziyə gələn polislər onu fikrindən daşındıraraq xilas ediblər. Sonra qadın izahatı alınmaq üçün polis idarəsinə aparılıb.

Bununla bağlı

BiG.AZ Günay Nəbiyeva ilə əlaqə saxlayaraq intihara cəhd etmə səbəbini öyrənib.

O, gözdən əlil olduğunu və tək başına uşaq böyütdüyünü bidirib:

"1 yaşlı oğlum var. 1 yaşlı oğluma və mənə yaşlı anam baxır. Atamla anam 15 ildir ki, ayrılıb. Ata qohumlarımla heç bir əlaqəmiz yoxdur. Yataqxanada yaşayıram. Bütün kommunallar mənim adımadır. Xəbər gəldi ki, yataxanadakı qaçqın və məcburi köçkünləri öz evlərinə köçürəcəklər. Mən də Suraxanı İcra Hakimiyyətinə müraciət etdim ki, əliləm, mənə də kömək edin. Heç olmasa 1 otaqlı mənzillə təmin edin. Onlar mənə dedi ki, sizə heç bir kompensasiya ödənilməyəcək. Mən yaşlı anam və 1 yaşlı uşağımla küçədə necə yaşayacağam?".

Günay Nəbiyeva dövlət tərəfindən ona kömək edilməsini istəyib: "Heç bir köməyim yoxdur. Ağır kəllə-beyin travması almışam. 11 dəfə əməliyyat keçirmişəm. Mənim işləməyimin qeyri-mümkün olmasını həkimlər tərəfindən də təsdiq edilib. Mən evimdə əsgər böyüdürəm. Bizə kömək edən olmayacaqmı? Həyat yoldaşımın pis vərdişləri olduğu üçün münasibətlərimiz çox çəkmədi. Türkiyə vətəndaşı olduğuna görə də aliment ala bilmirəm. Rəsmi nikahımız da yox idi. Sadəcə dini nikahımız olmuşdu. Uşaqlıqda üzləşdiyim çətinliklərə görə heç məktəbə də gedə bilməmişəm. Məni həyata bağlayan oğlumdur. Mən onunla özümə yeni həyat qurmaq istəyirəm. Məni kimsəsiz görüb əzməyə çalışırlar. Anam qutab bişirib bizi saxlamağa çalışır. Körpə uşağı saxlamaq bilirsiniz ki, nə qədər çətindir. Mən ildə iki dəfə müalicə olunmalıyam. Uşağımın peyvəndi üçün poliklinika məndən pul istəyirlər. Hazırda 108 manat işığa borcum var. Ümid edirəm ki, dövlətimiz bu çətin vəziyyətimizi nəzərə alıb mənə də kömək edəcək".

Aysel Yusifqızı

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər