Ərini kasıb edən 3 qadın TİPİ...

Ərini kasıb edən 3 qadın TİPİ...

1. Qorxu aşılamaq vərdişi

“Niyə bilmədiyin işlərə baş qoşursan? Qazandığın pul onsuz da bizə bəs edir. Bir tikə çörəyimizi qazanırq da. Bizi Əli aşında da, Vəli aşından da eləmə”.

“Gəl işlərimizi qaydasına salaq, birdən-birə risk etməyək”.

Kişilərə belə məsləhətlər verən qadınlar elə düşünür ki, ərinə yaxşılıq edir, onu qoruyur. Halbuki, bu fikirlər kişini iddiasız olmağa səsləyir. Bu, hələ hamısı deyil! Qadın bununla kişiyə özünü inkişaf etdirməyə imkan vermir, onu ən murdar emosiyaya inandırır - qorxuya.

Qorxu kişini iflic edir, o, irəli getməyə, yeni işlərə imza atmağa, risk etməyə və lider mövqeyini tutmağa qorxur. Əksinə bütün bunlar kişinin həyat eşqini söndürür, onu qəddarlığa aparır.

2. Həddən artıq qənaətli olmaq vərdişi

“Gör necə qənaətciləm, bizə əlavə heç nə lazım deyil, birtəhər dolanarıq, ucuzunu alarıq”.

Bu cür düşünən qadınlar ömrü boyu məhsulların keyfiyyətsizinə qaçır, habelə yeməklərə, uşaqların inkişafına, təhsillərinə sərf olunacaq pula qənaət edir. Onda bir sual ortaya çıxır. Əgər ailənin büdcəsi hamıya yetirsə onda kişi niyə yüksəlməli və özünüinkişaf etdirməlidir?

3. Arzusuz yaşamaq vərdişi

Belə qadın tipajları özü üçün heç nə istəmir, əyləncə və istirahətinlərə pul xərcləmirlər. Onlar əlində olanla kifayətlənməyə çoxdan öyrəşib. Və onlar bu həyatdan heç nə arzulamır, əksinə “Maşın nəyimizə laızmdır ki? Niyə başqa evə köçək ki? Uşaqları niyə başqa məkbətə qoyaq ki?” və s. bu kimi əsassız arqumentlərlə kişini maliyyə inkişafı sahəsində praktik olaraq “impotent” edirlər.

Qadınlar unudur ki, kişilər lazımlı olmaq istəyir. Özünü inkişaf etdirmək istəyi onların təbiətindədir. Və bəzən narazı, "qorxunc" qadınlar öz kişisindən daha çox pul qazanır, daha böyük nüfuza malik olur.

Kişilərin niyə belə boz, qorxunc və ya isterik qadınları seçməsi isə artıq tamamilə başqa mövzudur. Bu, şüurlatı ilə bağlıdır. Alimlərin qənaətinə görə, bu cür qadınlara dözən kişilərin anaları da eyni xasiyyətə malik olub. AMMA ən müvəffəqiyyətli və zəngin kişilərin arvadlarında yuxarıda göstərilən vərdişlərin heç biri YOXDUR!

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər
ADU-nun rektoru xatirə medalı ilə təltif olunub FOTO

ADU-nun rektoru xatirə medalı ilə təltif olunub FOTO

11-03-2019 15:05 - Sia.az - Hadisə
ADU-dan SİA-ya verilən məlumata görə, rektor Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların ADU-da təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşması, həmçinin erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalı günlərini qan yaddaşı olaraq tələbələrin hafizəsinə hopdurulması və vətənpərvər ruhlu vətəndaş və pedaqoq kimi yetişmələri üçün mühazirə-seminar dərslərində onlarla bu mövzuda zəruri söhbətlərin aparılmasını professor-müəllim heyətinə tövsiyə etməsi, o cümlədən ali təhsil müəssisəsində 20 yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirməsi, tələbələrin universitetin ictimai həyatında fəal rol oynamağa şərait yaratması, bu tədbirlərin məntiqi davamı kimi Azərbaycan Respublikasının məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsil pedaqoq və peşəkar təhsil mütəxəssisi, həm də mənəvi ata və şəfqətli insan kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına və riqqətinə səbəb olub.