Erməni ekspertlər: “Hökumətin fəaliyyət kursu nəticəsində bu sahə monopoliyaya çevriləcək”

Erməni ekspertlər: “Hökumətin fəaliyyət kursu nəticəsində bu sahə monopoliyaya çevriləcək”
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni iqtisadçılar Paşinyanın bəyanatlarına münasibət bildirərkən deyiblər.

Onların fikrincə, əslində Nikol Paşinyan yarıhəqiqət haqqında danışıb. İqtisadçı Suren Parsyan hökumətin borcun azaldılması layihəsinin tətbiq etməsi nəticəsində 2017-ci illə müqayisədə 2018-ci ildə hökumətin borcunun ÜDM göstəricisi 2,3% azalmaqla, 51,4% təşkil etdiyinə dair açıqlamasını şərh edib.

Parsiyanın sözlərinə görə, Ermənistanın borcu 2019-cu ilin sonuna 7,5 mlrd dollar təşkil edəcək. 2018-ci ilin 31 dekabr tarixinə olan vəziyyətinə görə, bu borc 7 mlrd dollar təşkil edirdi.

İqtisadçı bildirir ki, keçmiş hakimiyyətin dövründə olduğu kimi bu hökumət də banklar tərəfindən himayədarlıq edilən siyasət yürüdür.

“Hökumətin siyasəti bank sisteminin həvəsləndirilməsinin dəstəklənməsinə yönəlib. Keçən il hökumətin qəbul etdiyi qanun layihəsinə əsasən 11 mlrd dram cərimələr ləğv edilib. Nəticədə kredit alanlar deyil, bankların maraqları təmin edilib. Bu, addım bankların gəlir əldə etməsinə şərait yaratdı, lakin hökumət həmin kursu davam etməkdədir. Həmin layihə ilə valyuta dəyişmə məntəqələrinin 60 dəfə artırılması nəzərdə tutulur. Nəticədə bu sahəni 17 bank monopoliyaya alacaq”, - deyə Parsyan vurğulayıb.

Paşinyanın bu açıqlamalarına iqtisadçı Tadevos Avetisyan da münasibət bildirib.

“Hökumətin yürütdüyü siyasətinin əsası Karen Karepetyanın hakimiyyəti dövründə qoyulub. İş adamlarının idxal etdiyi malın daxili bazarda yerləşdirilməsi maneələrə rast gəlir. Daxili bazarın çoxşaxəli olması üçün hökumət müvafiq siyasət yürütməlidir. Vergi siyasətində bazar rəqabətinin təmin edilməsi kimi açarlardan istifadə olunmalıdır. Bazarda müvafiq tənzimləmələr istiqamətində fəaliyyət aparılmasını görə bilmirəm”, -deyə Avetisyan qeyd edib.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər