Erməni generalları arasında qalmaqal: "Bunu xəyanət kimi dəyərləndirərdim"

Erməni generalları arasında qalmaqal: "Bunu xəyanət kimi dəyərləndirərdim"
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri Davit Tonoyan Məhkəmə Qərarlarının Məcburi İcra Xidmətinin rəhbəri, general Mihran Poğosyanın həbsinə və onun Rusiyadan siyasi sığınacaq xahişinə münasibət bildirərkən deyib.

Tonoyan qeyd edib ki, Poğosyan onun rəhbərlik etdiyi qurumun generalı deyil və şərh vermək istəmir.

Erməni jurnalistin "Söhbət general paqonları daşıyan şəxsdən gedir, mənəvi baxımdan bunu necə qiymətləndirirsiniz?" sualına Tonoyan belə cavab verib: "Gəlin mən, Müdafiə naziri kimi, Silahlı Qüvvələrin generallarına görə cavab verim".

"Silahlı Qüvvələrin generalı belə bir addım atardısa, necə davranardız", deyə verilən növbəti suala Tonoyan cavab olaraq, xəyanət kimi qiymətləndirə biləcəyini qeyd edib.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər