Erməni iddialarına qarşı Türkiyə - Azərbaycan birliyi: ABŞ -da erməni - türk davası (VİDEO - FOTO)

Vaşinqtondakı Türkiyə səfirliyinin iqamətgahı önündə aksiya keçirən ABŞ ermənilərinə maraqlı və layiqli cavab verilib.Hər il olduğu kimi, bu il də qondarma soyqırımın "ildönümündə" ABŞ erməniləri Vaşinqtonda yerləşən Türkiyə səfirliyinin iqamətgahı qarşısında aksiya təşkil ediblər. Lakin onlara, hər dəfə olduğu kimi, bu dəfə də layiqli cavab verilib. Belə ki, ABŞ -da yaşayan Türkiyə və Azərbaycan kökənli türklər eyni məkanda qarşı aksiya aksiya keçiriblər. Nəticədə, ermənilərin xain planları kölgədə qalıb.Musavat.com Azərbaycanın ABŞ səfirliyinin eksklüziv olaraq redaksiyamıza yolladığı foto və video görüntüləri təqdim edir./musavat.com