Erməni klubunda dava: əvvəl irqçilik etdi, sonra futbolçunu döydü

Ermənistanın "Ararat" klubunun futbolçusu Mpumelelo Dadiboy Zvane baş məşqi Abraam Haşmanyandan Ermənistan Futbol Federasiyasına şikayət edib.
Ann.az xəbər verir ki, Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi məşqçini onu döyməkdə ittiham edib.
Futbolçu bildirib ki, Haşmanyanla onun arasında rasizm zəminində mübahisə düşüb. Daha sonta isə baş məşqçi onu vurub.
Ermənistan Futbol Federasiyası hazırda faktı araşdırır.
www.ann.azAçar sözlər
Ermənistan Futbol Federasiyası
, Ermənistan
, Cənubi Afrika Respublikası