Erməni nazir Elmar Məmmədyarovla 3-cü görüşə hazırlaşır:"Həqiqətənmi biz buna hazırıq?"


Erməni nazir Elmar Məmmədyarovla 3-cü görüşə hazırlaşır:"Həqiqətənmi biz buna hazırıq?"

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarıElmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda (ABŞ) baş tuta biləcəyini istisna etməyib.

Erməni nazir bunu “1in.am” saytı vasitəsi ilə yayımlanan onlayn mətbuat konfransı zamanı deyib.

“(ATƏT-in Minsk qrupunda – red.) üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı”, – deyə o, bildirib.

Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi, bu barədə konkret danışmaq olar.

“Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar”, – deyə Mnatsakanyan əlavə edib/Report.

Açar sözlər
Elmar Məmmədyarov , Atət-In Minsk Qrupu , Report 13 13 Class , Abş , Moskva , Vaşinqton , Ermənistan , Paris
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər