Erməni qızların şok fotosu – Rusiya arxivindən

Erməni qızların şok fotosu  – Rusiya arxivindən

Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl maraqlı paylaşım edib.

Professor XIX əsrdə Anadoluda yaşayan erməni qızların Osmanlı dövlətinə xəyanətini əks etdirən foto paylaşıb.


Fotoda hərbi geyimdə olan iki silahlı erməni qız əks olunub. T.İsmayıl fotonun Rusiya arxivinə aid olduğunu və 1895-ci ildə çəkildiyini qeyd edib.


Həmin fotonun çəkildiyi il Daşnaksütyun Partiyasının yaradıldığı vaxtlara (1890) təsadüf edir.


Bu foto bir daha təsdiq edir ki, ermənilər Osmanlı dövlətinin tərkibində yaşadığı vaxtlarda öz dövlətlərini hər vəchlə arxadan vurmağa çalışıblar. Nəinki erməni kişilər, hətta erməni qadınlar da silaha sarılaraq, onları qoruyan, himayə edən Osmanlı dövlətinə qarşı döyüşüblər. Təbii, bu işdə onlar Rusiya imperiyasının dəstəyinə güvəniblər.


Birinci Dünya müharibəsi başlayandan sonra isə ermənilər Osmanlıya qarşı daha radikal mövqe tutub, silahlı təxribatlara əl atıblar. Bunun müqabilində Osmanlı sultanı onların zərərsizləşdirilməsi ilə deyil, köçürülməsi ilə bağlı göstəriş verib.


Lakin təəssüf ki, dünya ikili standartlar sərgiləyərək, bu köçürülmə siyasətinə soyqırım donu geyindirməyə çalışır və bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir.(Axar.az)

Siyasət xəbərləri
Əməllərinizi hara yozaq, Əli Kərimli?... - - Azər Həsrət

Əməllərinizi hara yozaq, Əli Kərimli?... - - Azər Həsrət

24-04-2019 00:00 - Azpress.az - Siyasət
Sual yaranır: necə olur ki, siz öz ailənizi ölkədən kənarda tutduğunuz halda millətin gənc və təcrübəsiz övladlarını qızışdırıb meydanlara çıxarır, radikallaşdırır, qanun pozmağa belə sövq edib həbsxanaya göndərirsiniz? Niyə bütün bunları sizin öz oğlunuz etmir də başqalarının övladlarının etməsini istəyirsiniz, Əli Kərimli? Yaxud, necə olur ki, siz illər uzunu heç bir gəlir gətirən işlə məşğul olmadığınız halda ailə üzvləriniz dünyanın ən bahalı ölkələrində bəy balası kimi yaşayır, əsgərlikdən yayınmış oğlunuz gününü hətta eyş-işrətdə, bahalı əyləncə mərkəzlərində keçirə bilir? Bunu hansı pulların hesabına edə bilirsiniz? Doğrudanmı cəmi bir illik hakimiyyətinizin qısa dönəmində dövlət katibi olduğunuz zaman o qədər varidat toplaya bilmisiniz ki, az qala otuz ildir xərcləyirsiniz bitmir? İşin içində korrupsiya filan olmaya, Əli Kərimli? Yaxud da bir ucu ermənilərə gedib çıxan xarici fondların sizi maliyyələşdirməsi haqda deyilənlərin doğru olduğuna inanaq bəlkə? Bəs ABŞ-ın NED fondunun kimə – hansı təşkilata verdiyini inadla gizləydiyi pulların sizə də gəlməsi necə, variant ola bilərmi? Əli Kərimlinin oğlunu əsgərlikdən yayındırıb şübhəli fondlardan maliyyə alması haqqında deyilənləri nəzərə alsaq, vətənpərvərlik və dövlət maraqları üçün irəli sürdüyü iddiaların səmimi olmadığını deməyə, əlbəttə haqqımız var! Bu adam bir zamanlar öz siyasi liderinə – Əbülfəz Elçibəyə çamur atma kampaniyası aparırdısa, bu gün qara işlərə bulaşması, sadəlövh gəncləri qızışdırıb siyasi mübarizə aparma görüntüsü yaratması da bizim üçün anlaşılmaz deyil.
Moderator.az digər xəbərlər