Ermənilərdən növbəti həyasızlıq — Cıdır düzündə “Azərbaycan qutabı” bişirdilər (FOTO)

Ermənilərdən növbəti həyasızlıq — Cıdır düzündə “Azərbaycan qutabı” bişirdilər (FOTO)

İnsagram səhifələrinin birində paylaşılan erməni fotosu izləyicilər tərəfindən hiddətlə qarşılanıb.

"Ölkə.Az" xəbər verir ki, görüntüdə erməni qadınlarının Cıdır düzündə qutab bişirmələri əks olunub. İnstagram izləyiciləri tərəfindən hiddətlə qarşılanan foto böyük müzakirələrə səbəb olub. Bir sosial şəbəkə istifadəçisinin "Yazıqların özlərinə xas olan yeməkləri belə yoxdu ki, onunla öyünüb şəkil çəkdirsinlər.

Qutab da bizim Azərbaycan qutabıdır" yazdığı rəyi izləyicilər tərəfindən çox bəyənilib..

Qeyd edək ki, Azərbaycan torpaqlarının 25 faizi 26 ildir ki, erməni işğalı altındadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər