Ermənilərin Belçikada məyus oldu - İflas


Belçika erməni icmasının soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş səyləri iflasa uğrayıb.

Teleqraf.com-un məlumatına görə, aprelin 25-də Belçika federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib.

Belçika erməni icmasının və onun təsiri altında olan parlamentarların güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımının” yeni qanunla əhatə edilmiş soyqırımlar siyahısına daxil edilməsi səyləri uğursuzluğa düçar olub. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi 2019-cu il *aprelin 24-də - qondarma soyqırımın ildönümü kimi qeyd olunan tarixdə* Belçika federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.

Məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, erməni soyqırımı ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.


Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Teleqraf.com digər xəbərlər