"Ermənistan ABŞ silahı alınmasına dair konkret təklif almayıb" - Tonoyan

"Ermənistan ABŞ silahı alınmasına dair konkret təklif almayıb" - Tonoyan
Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistan Müdafiə naziri Davit Tonoyan bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistana ABŞ istehsalı silahlar alması barədə təklifinə toxunan jurnalistlərə Tonoyan belə cavab verib: "Mən, hələ ki, hər hansı bir təklif almamışam, konkret təklif yoxdur", - deyə Tonoyan bildirib.

O qeyd edib ki, erməni tərəfi mövcud bazarı keyfiyyət, növ və qiymət baxımından araşdırır.

"Əgər təkliflər, silah əldə edilməsi üçün münasib olarsa, bu Amerika üçün yolverilən olduğu halda, niyə də yox", - deyə Tonoyan əlavə edib.

Moskvaya səfərinə və əldə edilən razılaşmalara toxunan Tonoyan qeyd edib ki, Su-30SM qırıcılar ətrafında razılaşmalardan başqa, bu ilin sonuna və gələn ilin əvvəlinədək bütün tədarüklər barədə razılıq əldə edilib.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər