Ermənistan ATƏT-ə Qarabağda araşdırma aparmağa icazə vermir

Ermənistan ATƏT-ə Qarabağda araşdırma aparmağa icazə vermir

Uzun illərdir ki, ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində heç bir araşdırma aparmır. Halbuki Ermənistan Qarabağda qanunsuz məskunlaşma siyasətini davam etdirir.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in faktaraşdırıcı missiyası 2005 və 2010-cu illərdə regiona 2 dəfə səfər edib.

"2005-ci ildəki səfəri ATƏT-in əsas missiyası regionda qanunsuz məskunlaşma ilə bağlı idi. Bu missiyanın verdiyi hesabatda Azərbaycanın iddia etdiyi faktlar öz təsdiqini tapıb. İkinci missiya 2010-cu ildə Dağlıq Qarabağ ətrafında ümumi vəziyyətlə bağlı olub. Bu missiyanın səfəri burada təbii ehtiyatlardan qanunsuz istifadəetmə, mülkiyyət hüquqlarının pozulması və bütövlükdə Dağlıq Qarabağ regionunda separatçıların qanunsuz hakimiyyətinin bölgənin maddi rifahına vurduğu ciddi ziyanla bağlı idi. Bu faktlar yenə öz təsdiqini tapıb”.

T.Mirkişili faktaraşdırıcı missiyasının işinə Ermənistan tərəfindən edilən maneədən də söz açıb.

"Ötən müddət ərzində Azərbaycan dəfələrlə məsələni qaldırsa da, bu günə qədər Ermənistan hakimiyyəti, işğalçı rejim Dağlıq Qarabağa ATƏT-in faktaraşdırıcı missiyasının səfər etməsinə mane olur. Bu maneolma bu günə qədər davam edir. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bu məsələni qaldırır, xarici işlər nazirləri arasında da bu məsələ gündəmə gətirilir. Ancaq nəticə qənaətbəşx olmayıb. Ümid edirik ki, Ermənistan hakimiyyəti ATƏT-in faktaraşdırıcı missiyasının regiona səfərinə imkan verəcək. Çünki bu missiyanın əsas məqsədi mümkün olan faktları ortaya çıxarmaqdır.

Eyni zamanda qanunsuz faktların aradan qaldırılması ilə bağlı ATƏT-in üzv ölkələrinə verdiyi hesabatın nəticəsində Azərbaycanın qaldırdığı məsələlərin həllinə yardım etməkdən ibarətdir”.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
“Ən vacibi təmiz əldir”     — Eldar Əzizovdan RÜŞVƏT XƏBƏRDARLIĞI

“Ən vacibi təmiz əldir” — Eldar Əzizovdan RÜŞVƏT XƏBƏRDARLIĞI

24-04-2019 12:38 - Demokrat.az - Siyasət
Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.  Demokrat.az xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün  istifadə etməli, ən vacibi isə  bütün işlərini “təmiz əllərlə” görməlidir. İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirib. Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov qeyd edib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.  O, liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.
Xeberle.com digər xəbərlər