Ermənistan gecə cəbhə xəttində atəşkəsi 24 dəfə pozub –Müdafiə Nazirliyi

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 24 dəfə pozub –Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər