Ermənistan hökuməti hərbçilərin faiz payına göz tikir - Etiraz aksiyaları başladı

Ermənistan hökuməti hərbçilərin faiz payına göz tikir - Etiraz aksiyaları başladı
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni təqaüdçü hərbi qulluqçuların etiraz etməsinə səbəb Ermənistan hökumətinin iclasında müzakirə olunan mövzudur.

Belə ki, Ermənistan hökuməti bu gün keçirdiyi iclasında hərbi qulluqçuların mənzil təminatı ilə bağlı qərarda dəyişikliklər aparmaq niyyətindədir. Əvvəlki qanunda, erməni hərbi qulluqçuların təqaüdə çıxması və mənzillə təmin edilməsi qeyd olunurdusa, hazırkı dəyişikliklərdə mənzil sertifikatı və digər üsullarla təmin ediləcəkləri bildirilir.

Bu isə təqaüddə olan erməni hərbçiləri qane etmir. Çünki bu sertifikatlar 1 il müddətinə müəyyən məbləği əhatə etməklə verilir. Həmin vəsait İrəvanda dəyərin 50%-i, bölgələrdə isə dəyərin 100 və ya 90%-i həcmi ilə ölçülür. Etirazçılar qeyd edir ki, onlar 50% hərbi xidmət keçməyiblərsə, niyə 50% ödənilir?.

Onlar bildirir ki, mənzil növbəsinə görə siyahı ləğv edilərək, müxtəlif formalara salınıb. Nəticədə uzun illərdir mənzilsiz qalmaqda davam edirlər.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər