Ermənistan hökumətində ciddi kadr dəyişikliyi olacaq

Ermənistan hökumətində ciddi kadr dəyişikliyi olacaq

Bu ilin iyun-iyul aylarında Ermənistan hakimiyyətinin icra strukturlarında da ciddi kadr dəyişiklikləri gözlənilir.

"Report" xəbər verir ki, "İrates" qəzeti bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın komandasında hazırda özünün bir neçə adamı təmsil olunur: "Yeni kadrlar seçilir. Bu isə yekunda icra strukturunda, ilk növbədə, hökumətin ən yüksək vəzifəliləri arasında dəyişikliklərə səbəb olacaq" .

Qəzetin məlumatına görə, bu dəyişiklik Yerevanın meri Hayko Marutyana da çata bilər.

"Nazirlər Kabinetinin başçısı məyus olan Yerevan sakinlərini sakitləşdirmək üçün Marutyanı qurban verəcək. Maraqlıdır ki, onun yerinə hakim "Mənim addımım" bloku kimi irəli sürəcək?", - yazıda vurğulanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Olaylar.az digər xəbərlər