Ermənistan MN cinayətkar zabitləri müdafiə edir - FOTO (VİDEO)

Ermənistan MN cinayətkar zabitləri müdafiə edir - FOTO (VİDEO)
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun arvadı Leyla xəstə olsa da, evlərdə muzdlu işlər görür.

Məlumata görə, 12 yaşında olarkən Hovhanes Melkonyanın valideynləri də 1988-ci ilin zəlzələsində ölüblər. Qardaşı 32 yaşında ölüb və kimsəsiz qalıb. Melkonyanın orduya getməkdə məqsədi evini təmir etmək olub. 9 iyun tarixində qızının toyu olub, iyunun 22-də isə onu öldürüblər. O, bütün 15 illik qulluğu boyu cəmi bir dəfə "Qara Bəbir" dəstəsi tərəfindən təltif edilib.

Bildirilir ki, Hovhanes Melkonyanı öldürən komandir müavini, kapitan rütbəli hərbi qulluqçunu məhkəmə həbs etməyib. Ölüm hadisəsini törədən bölük komandirinin müavini kapitan Sarkis Karapetyan olub.

Qardaşı onu ölən hərbi qulluqçunun qohumlarının yanına, həmin o dar yarım dağılmış evə gətirib. Hadisəni törədən kapitan qohumları qarşısında diz çöksə də, "hələ vaxtı deyil" deyərək, məzarlığa getməkdən imtina edib. O, hadisəni törədərkən sərxoş olub, aşbazın silahını götürərək onu vurub. Hadisəni törədənin komissarlıqda və digər qurumlarda qohumlarının olması səbəbindən, tanışlıqdan istifadə edərək, onu 3 gün sonra həbsdən buraxıblar.

Vəkil Roza Sedrakyan bildirir ki, toyuq oğurlayanı dama basırlar, adam öldürəni azadlığa buraxırlar. Ölənin arvadı rəsmi ittihama inanmadığını bildirib. O qeyd edib ki, ölüm hadisəsinə komandirin mərc gəlməsi səbəb olub. Hadisə ilə bağlı 12 nəfər dindirilsə də, heç birinin ifadəsi bir-birinə uyğun gəlmir.

Hadisə xəbərləri
Ordu.az digər xəbərlər