Ermənistan MTX xalq arasında sorğu keçirib: Paşinyanın nüfuz sürətlə düşür

Ermənistan MTX xalq arasında sorğu keçirib: Paşinyanın nüfuz sürətlə düşür
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş nazir Nikol Paşinyanın şəxsi nüfuzunun müəyyən edilməsi üçün ictimaiyyət arasında növbəti sorğu keçirib.

Sorğunun nəticələrinə görə, Paşinyanın nüfuzunun aşağı düşməsi davam edir. Bu dəfə rekord olaraq 34% geriləmə qeydə alınıb.

Cəmi üç ay əvvəl keçirilən sorğuya əsasən, Paşinyanın nüfuzu 30% daha yüksək idi.

Qeyd olunur ki, Paşinyanın nüfuzu bütün təbəqələrdə və yaş qrupları arasında aşağı düşüb.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər