Ermənistan ordusunda RÜSVAYÇILIQ - Cinsi təcavüz faktları görməzdən gəlinir

Ermənistan ordusunda RÜSVAYÇILIQ - Cinsi təcavüz faktları görməzdən gəlinir

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan erməni ordusunda əsgərlərə qarşı cinsi təcavüz edildiyi faktlarının olmasına inanmır.

Metbuat.az xəbər verir ki, aprelin 22-də aravot.am saytının suallarına cavab verərkən Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyan erməni ordusunda nəinki zabitin, hətta əsgərin əsgər tərəfindən cinsi təcavüzə məruz qaldığı bir faktı xatırlamır.

O əlavə olaraq qeyd edib ki, bilirsiz həmin şəxsi belə bir şey üçün nə günə salarlar. Hovhannisyan işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan hərbi hissədə 2018-ci ilin yanvar ayında baş verən cinsi təcavüz və döyülmə faktına dair məqaləyə belə reaksiya verib: “Cinsi təcavüzü törətməkdə ittiham edilən zabit ona şər atıldığını deyir, təcavüz edildiyini iddia edən əsgər isə yalan ifadə verməyə görə ittiham edilir”.

“İnsan Haqları naminə Jurnalistlər” İctimai Birliyinin vəkili Hayarpi Sarkisyan isə onun hüquqlarını müdafiə edir. Bildirilir ki, əvvəlcə baş verən hadisəni erməni əsgərinin anası aşkar edib. Andiçmə zamanı oğlunun vəziyyətindən narahat olan ana hadisədən xəbər tutub.

Anası qeyd edir ki, oğlu birbaşa komandirin onu ədyala bükərək döydüyünü, 4-5 gündən sonra isə zorladığını bildirib. Qadın baş verənlər barədə hərbi hissənin komandanlığına, həmçinin erməni KİV-lərinə məlumat verib. Bundan sonra hadisələrin necə inkişaf etdiyi barədə vaxtaşırı ardıcıl məlumatlar verilib.

Lakin Ermənistan MN-in mətbuat katibi əsgərlərə və onun valideynlərinə inanmır. Hovhanisyan qeyd edir ki, o əsgər və valideynlərə yox, hüquq-mühafizə orqanlarına inanır. Hovhanisyan Müdafiə nazirini təmsil etdiyinə görə, demək olar ki, Davit Tonoyan da erməni ordusunun əsgər və onların valideynlərinə inanmır.

Hovhannisyanın əsgər və valideynlərə inanmadığını, hüquq-mühafizə orqanlarına, hərbi prokurorluğa inanması ilə bağlı “İnsan Haqları naminə Jurnalistlər” İctimai Birliyinin sədri, vəkil, hüquq müdafiəçisi Janna Aleksanyana bunu necə qiymətləndirdiyinə dair sual ünvanlanıb.

O, Ermənistan MN-in mətbuat katibinin cavabının qeyri-peşəkar olduğunu və yayındırıcı xarakter daşıdığını qeyd edib. Guya ordunu ləkələdiyimiz barədə cəmiyyətdə sensasiya yaratmaq istəyir. Bu əsgərin vəziyyəti ilə bir ildən artıqdır ki, məşğul olduqlarını deyən Janna Aleksanyan bəzi məsələlərin müəyyən dərəcədə həll edilməsinə yardım etdiyinə görə Baş Prokurorluğa minnətdarlıq etsə də, MN-dən hələ də cavab almadıqlarını qeyd edib. Bunu Ermənistan MN tərəfindən əsgərlərin həyat və sağlamlığına qarşı nümayiş etdirilən laqeydlik kimi dəyərələndirib. Aleksanyan qeyd edib ki, psixoloji və fiziki cəhətdən ağır vəziyyətdə olan əsgər və onun valideynini görməzdən gəlmək olmaz.

“Müdafiə naziri və mətbuat xidməti katibinin şübhə etməsinin səbəbi, onların cinsi zorakılıq faktını təsdiqləyən ekspertizanın rəyləri ilə tanış olmamasından irəli gəlir.

Gəncin iradəsinə zidd olaraq cinsi təcavüzə məruz qaldığı və hadisənin hərbi hissədə olarkən baş verdiyi, məhkəmə tibbi ekspertizasının təqdim etdiyi 3 rəy əsasında təsdiqlənib. Məhkəmə iclaslarının qapalı keçdiyinə görə vəkil Hayarpi Sarkisyan bunu təqdim edə bilmir. Lakin cinayət işinin icraatında bütün sənədlər var”, - deyə Aleksanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan MN istənilən vaxt vəsadət qaldırıb, sənədlərlə tanış ola bilərdi. Mətbuat xidmətinin məlumatlandırılması üçün bir faktın xatırladılmasını vacib sayan hüquq müdafiəçisi Narek Adıbekyanın qətlini yada salır.

Xatırladaq ki, Narek Adıbekyan 2017-ci il dekabrın 11-də ölüb. İttihamın əsasını təşkil edən və istintaq orqanının irəli sürdüyü versiyaya görə, qətlin əsas şahidi olan şəxs cinsi zorakılığa, təhqirlərə məruz qalıb. O, davamlı təhqirlərə məruz qaldıqdan sonra onu öldürdüyünü söyləyib.

Adıbekyanın yaxınlarının bu ittihamı qəbul etmədikləri bildirilir. Lakin əsgər “K”nın zorlanmasına dair sübutlar təkzibedilməzdir. Bildirilib ki, onun bədənində müxtəlif çoxsaylı xəsarət izləri, zorlanma əlamətləri məhkəmə tibbi ekspertizası tərəfindən təsdiqlənib. Lakin bu xəsarətləri və zorlanma faktının hərbi hissənin zabit heyəti və ya digərləri tərəfindən deyil, məhz Adıbekyan tərəfindən törədilməsinə dair sübut yoxdur. Bundan başqa məhkəmə tibbi ekspertizasının rəyinə əsasən əsgər “K.X”yə qarşı zorlama hadisəsi müstəntiqlərin təqdim etdiyi kimi döyüş mövqeyində deyil, hərbi hissədə olarkən baş verib.

Hovhanisyan isə iddia edir ki, ona son 7 ildə erməni ordusunda əsgərə qarşı cinsi təcavüz faktının sübut edildiyinə dair heç bir hal məlum deyil.

Erməni hüquq müdafiəçiləri Hovhanisyanın bu açıqlamasının, Ermənistan MN tərəfindən sülh dövründə erməni ordusunda baş verən hadisələr və qətllərin araşdırılmasına dair heç bir iş aparılmamasını sübut etdiyini irəli sürürlər. Həmçinin baş verən hadisələrdən nəticə çıxarılmadığı məlum olur.

Beləliklə, Ermənistan ordusunda utancverici cinayətlərin təkrar baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Janna Aleksanyan , Nar , Ermənistan Müdafiə Nazirliyi , Ermənistan Xəbərləri Class , Qarabağ , Ermənistan , Ağdərə , Baş Prokurorluğ , Xəsarət
Siyasət xəbərləri
Zərdüşt Əlizadə: "Moskva deyir ki, Ermənistan mənim bostanımdır"

Zərdüşt Əlizadə: "Moskva deyir ki, Ermənistan mənim bostanımdır"

26-04-2019 09:55 - Milliyol.az - Siyasət


 

 "Rusiya Amerikaya deyir ki, Ermənistan mənim bostanımdır, mənim bostanıma girmə"


 
 
 Bunu Rusiya Xarici İşlər Nazirliyinin Con Boltonun Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı açıqlamasını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Amerikanın Cənubi Qafqazda, o cümlədən Ermənistanda öz mövqelərini gücləndirməsi, xüsusilə silah satışı bazarına girmək cəhdləri Rusiyanı əsəbiləşdirir:
“Rusiya deyir ki, qardaş, bura axı mənim bostanımdır. Ermənistanın xarici sərhədlərinə Rusiya kəşfiyyat idarəsinin qoşunları nəzarət edir. Bu mənim bostanımdır”.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 


Z.Əlizadə əlavə edib ki, parlament artıq bir dəfə Paşinyanın əleyhinə səs verib, indi ikinci dəfə əleyhinə səs verəcək: "Ondan sonra parlament özünü buraxacaq və dekabrın 9-10-da parlament seçkisi keçiriləcək.
Metbuat.az digər xəbərlər