“Ermənistana güzəştlər etdikcə, işğalçı daha da irəli gedir” – ŞƏRH


“Ermənistana güzəştlər etdikcə, işğalçı daha da irəli gedir” – ŞƏRH

“Ermənistan baş naziri Nikol Paşinyan qeyd edir ki, Azərbaycan prezidenti ilə birbaşa əlaqə kanalı var, gərginlik və problemlər olanda yoluna qoyulur. Ermənistan rəhbərliyinin hazırki siyasətinə görə bu kimi əlaqə kanalının olmasını düzgün hesab etmirəm. Çünki Ermənistan rəhbərliyi danışıqlarda tamamilə ziddiyyət təşkil edən siyasət ortaya qoyub və prosesi əngəlləyir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ötən il Düşənbədə əldə olunmuş şifahi razılaşmaya əsasən bu əlaqə kanalı İrəvanın leyhinədir:

“Hazırda rəsmi Bakı bu kimi vasitələrdən imtina etməli, işğalçıya təzyiqlər etməlidir. Ermənistana güzəştlər etdikcə, işğalçı daha da irəli gedir. Bu kimi əlaqə kanalı varsa dayandırılmalıdır. Çünki Düşənbə razılaşmasına Nikol Paşinyan əməl etmirsə, biz niyə əməl etməliyik?

Ermənistan rəhbərliyinin hazırkı siyasətinin əsas məğzi işğal olunmuş əraziləri boşlatmamaqdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 56