Ermənistanda saxlanılan Azərbaycan vətəndaşının ruhi xəstə olduğu rəsmi sənədlə təsdiqlənib - FOTO

Ermənistanda saxlanılan Azərbaycan vətəndaşının ruhi xəstə olduğu rəsmi sənədlə təsdiqlənib - FOTO

O, Qazax rayon Ruhi Xəstəxanasında qeydiyyatdadır, orada dəfələrlə müalicə olunub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəstəxanadan verilən rəsmi sənədi təqdim edib. Sənəddə qeyd edilib ki, həmin şəxs 25.02.2002- 13.03.2002,14.03.2003-26.03.2003, 01.03.2004-25.03.2004, 25.03.2005-31.03.2005, 09.03.2006-31.03.2006, 07.03.2007-12.04.2007, 12.01.2008-21.01.2008, 07.04.2009-16.04.2009, 11.01.2011-19.01.2011-dək orada stasionar müalicə alıb.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb (ONA).

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər