Ermənistanın müdafiə naziri evlənir

Ermənistanın müdafiə naziri evlənir

Ermənistanın yeni müdafiə naziri Suren Papikyan evlənməyə hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında nazirin toyunun yanvarın 22-də İrəvandakı “Faraon” restoranlar kompleksində keçiriləcəyi bildirilir.

Bundan əvvəl Ərazi idarəetmə və infrastruktur naziri və Baş nazirin müavini vəzifələrini daşımış 36 yaşlı Papikyan Armine Muradyan adlı xanımla evlənir. O, Papikyan infrastruktur naziri işləyərkən həmin nazirliyin mətbuat xidmətinin rəhbəri olub.

“AzPolitika.info”

Açar sözlər
Ermənistan , Irəvan
Siyasət xəbərləri
Azpolitika.info digər xəbərlər