Əsədullayevdən beşbarmaq və tüfəng götürülüb

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunan V.Əsədullayevdən 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng də aşkar edilərək götürülüb.
Açar sözlər
Daxili Işlər Nazirliyi
, Binəqədi