“Əsgər yoldaşını itirən bir insanın qəzəbini yalnız düşmən qanı soyuda bilər”– Aprel qazisi

Nail Nağızadə: “Atam mənə televiziyaya baxmağı yasaqlamışdı və indi buna görə ona minnətdaram”
“Aprel döyüşlərindən sonra mənə olan münasibətin əhəmiyyətlidərəcədə dəyişdiyini hiss etdim”
Moderator.az olaraq 14 yanvartarixindən etibarən sağlamlığı ilə bağlı müəyyən problemlər yaşayan, fəqətağlı, istedadı, həyat eşqi və mübarizə əzmi ilə hər kəsə örnək ola biləcək tələbəgənclərin cəmiyyətə tanıdılması layihəsinə start verib. Bu layihə çərçivəsindəsadəcə bu gəncləri tanımayacaq, həm də onların arzu və istəkləri, müxtəlif məsələlərləbağlı ideya və təklifləri ilə tanış olacaqsınız. Layihəmizin bu dəfəki qonağıUNEC Magistratura tələbəsi Nağızadə Nail Hikmət oğludur.
-Nail bəy, öncə təhsil aldğınız ixtisas və fakültəhaqqında məlumat almaq istərdik.
-Mən hazırda UNEC-dəmagistratura pilləsində təhsil alıram. “Əmtəəşünaslıq” fakültəsini bitirmişəm.2015-ci ildə eyni fakültə üzrə magistraturaya daxil olmuşam və həqiqi hərbixidmətə yollanmışam. Hərbi xidmətdən sonra isə yenə də təhsilimi doğmauniversitetimizdə davam etdirirəm.
-Fakültənizlə bağlı seçim edərkən yaxın ətrafınız,çevrənizlə məsləhətləşdinizmi?
-Mən bu barədə böyüklərləməsləhətləşdim. Mən “Əmtəəşünaslıq” fakültəsinin ərzaq bölməsini bitirmişəm. Mənəizah elədilər ki, ərzaq strateji bir sahədir. İnsan gündə bir neçə dəfə yeməyəehtiyac duyur. Yəni nə qədər ki, yaşayırıq, bizim ərzağa ehtiyacımız var. Başqasözlə desək, bu ixtisasın önəmi mahiyyət etibari ilə böyükdür. Ona görə də buixtisası seçdim.
-Müharibənin onun iştirakçısı olan hər bir fərdinpsixologiyasını, həyata və insanlara baxışını əhəmiyyətli dərəcədə dəyişdiyiiddia olunur. Aprel döyüşlərində iştirak edən bir şəxs kimi bu barədə nə deyəbilərsiniz?
-Müharibənin insanı dəyişdiyi,onun psixologiyasında dərin izlər qoyduğu şübhəsizdir. Aprel döyüşlərindən sonra hissedib anladığım həqiqətlərdən biri də bu oldu ki, düşmənlə üz-üzə gələndə, onunnəfəsini, hənirtisini daha yaxından hiss edəndə, sadəcə özünə və yoldaşlarınagörə deyil, həm də vətənə və xalqa, onun şərəf və azadlığına görə məsuliyyəthiss edəndə düşmənə adi vaxtdakından daha çox nifrət duyursan. İçində düşməni məhvetmək, onun mənfur qəlbini susdurmaq ehtirası özünü daha çox büruzə verir.
Bir də bu cür döyüşlərdəiştirak insana ondan öncə bu vətən uğrunda çarpışan, öz həyatını qurban verən qəhrəmanlarımızıdaha yaxşı anlamaqda, onların xidmətinin böyüklüyün daha yaxşı görməkdə köməkedir. Baxmayaraq ki, şəxsən mənim qohumlarım arasında da Qarabağ döyüşlərindəiştirak edən kifayət qədər insan olub. Onların arasında Milli Qəhrəmanlar davar ki, Allahverdi Bağırovu nümunə gətirmək istərdim. O, 1500 nəfər xocalını əsirdüşməkdən xilas edib. Mən o zaman bu kimi faktları oxuyanda bu cür qəhrəmanlarımızlafəxr etsəm də, bu əməlin böyüklüyünü, onun miqyasını yetərincə anlamırdım. Lakinaprel döyüşləri mənə vaxtiylə oxuduqlarımı daha dərindən anlamaqda kömək etdi.
-Aprel döyüşlərində öz şəhidlikləri ilə əbədiyyətqazanan hərbçilərimiz oldu ki, şübhəsiz, onların içərisində sizin əsgəryoldaşlarınız, hər gün təmasda olduğunuz insnalar da olub. Döyüşdə əsgəryoldaşını itirmək necə bir hisdir? Bu itki insandan nə alır və əvəzində nə verir?
-Şübhəsiz, aprel döyüşlərindəşəhid olanlar arasında mənim əsgər yoldaşlarım da olub. Bizim bölükdən şəhidolanların 13-ü mənim əsgər yoldaşım idi. Təsəvvür edin ki, bu insanlarla səhəryeməyində də, təlimdə də bir yerdəsən, yatanda da eyni kazarmada yatırsan. Bütüngünü onunla çiyin-çiyinə xidmət edirsən. O, sənin üçün sözün bütün mənalrındadoğmalaşır, səninlə bütövləşir. Və bir gün onu sənin yanında vuranda anlayırsanki, həlak olan yalnız o deyil, həm də sənsən. İçində nələrinsə öldüyünü hissedirsən və eyni zamanda içində nələrsə hərəkətə gəlir. Qəlbin əsgər yoldaşının həyatınaqəsd edən düşməni öldürmək, onu parça-parça etmək istəyi ilə dolub-daşır. Buhiss bütün ruhuna hakim kəsilir və anlayırsan ki, içində daşlaşan bu qəzəbiyalnız düşmən qanı soyuda bilər.
-Aprel döyüşlərində xəsarət aldınızmı?
-Bəli. Mən əl nahiyəmdənqəlpə yarası, çiynimdən isə güllə yarası aldım. Lakin buna baxmayaraq mühasirədənçıxmağı bacardım.
-Müalicənizi dövlət hesabına, yoxsa şəxsi vəsaithesabına həyata keçirirsiniz?
-Müalicələrim dövləthesabına həyata keçirilir. Mən buna görə dövlətimizə, ölkə rəhbərliyinə öz təşəkkürümübildirirəm. Əlillərin Bərpa Mərkəzində, müxtəlif poliklinikalarda, xəstəxanalardaolmuşam. Və bütün bu mərkəzlərdə aldığım müalicə dövlət vəsaiti hesabına olub.
-Döyüş görən və bu döyüşdə dostlarını itirən birinsan kimi Qarabağ probleminin sülh yolu ilə həllinə inanırsınızmı?
-Mən problemin sülh yoluilə həllini mümkün hesab etmirəm. Çünki tarixə baxsaq görərik ki, 200 ildir ki,ermənilərlə qarşıdurma davam edir və biz 200 ildir ki, onların xəyanət və təxribatlarıilə üzləşməkdəyik. Baxın, əgər bir insandan bir dəfə pislik görürsənsə, o zamanbir ömür ondan uzaq durmağa çalışrısan. Burada isə söhbət 200 ildir ki, gördüyümüzpislikdən və bütöv bri xalqın taleyindən gedir. Qurani-Kərimdə dəbuyurulur ki, sizinlə vuruşanlarla siz də vuruşun. Hesab edirəm ki, bizim buproblemi həll etməyimizin yolu mübarizədən gedir.
-Hərbi xidməti başa vurub geri qayıdandan sonra təhsilaldığınız universitetdə, müəlim və tələbələr arasında döyüş görən bir insankimi özünə olan münasibətdə müsbət mənada bir dəyişiklik hiss etdinizmi?
-Bəli, belə bir münasibəthiss etdim. Doğrudur, etinadsız yanaşanlar da oldu. Amma əksəriyyətin münasibətindəbu dəyişikliyi hiss etdim. Xüsusilə də universitetin rəhbərliyi, həm hörmətlirektorumuz Ədalət müəllim, həm dekan Qabil müəllim və bütün dekanlıq əməkdaşlarımənə çox böyük diqqət və qayğı göstərdi. Məni çətinlik çəkməyə qoymadılar.
Mən çiynimdəm yaralandığımüçün yazı yazmaqda çətinlik çəkirdim. Həmçinin, psixoloji baxımdan da bi qədərgeri düşmüşdüm. Bu məsələdə də universitetimiz mənə dəstək oldu. Mən bu məsələdəİnklüziv Təhsil Mərkəzinə, bu mərkəzin rəhbəri hörmətli Sevinc Məhsimovaya təşəkküredirəm.
-İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinə toxunmuşkən,bu mərkəzin fəaliyyəti haqqında daha nə demək istərdiniz? Sizcə bu mrəkəzin fəaliyyətisağlamlığı ilə bağlı müəyyən çətinliklər yaşayan tələbələr baxımından nə dərəcədəfaydalıdır?
-İnklüziv Təhsil Mərkəzinintələbələrin həyatındakı rolu gerçəkdən mühümdür. Bu mərkəz sadəcə biz tələbələrintəhsil almasını asanlaşdırmır, həm də bizə psixoloji baxımdan dəstək olur.Sevinc xanım bizə toparlanmaqda, həyata, üzləşdiyimiz problemlərə daha sağlamyanaşmaqda, onların öhdəsindən daha uğurla gəlməkdə kömək edir. Bu baxımdan mənİnklüziv Təhsil Mərkəzinin fəaliyyətini olduqca faydalı hesab edirəm.
-Nail bəy, ödənişli əsaslarla təhsil alırsınız,yoxsa ödənişsiz?
-Ödənişsiz təhsil alıram.
-Universitetinizin tələbələri ilə söhbətimizdə beləbir təklif meydana çıxdı ki, ödənişli əsaslarla təhsil alan sağlamlıq problemiolan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilsin. Hansı ki, bu təklifhörmətli millət vəkili Siyavuş Novruzov tərəfindən də parlamentdə səsləndirildi.Sizcə bu qəbildən olan tələblərin təhsil haqqının dövlət tərəfindən ödənilməsionların müalicə imkanlarının da genişlənməsinə stimul verə bilərmi?
-Təbii ki, beləbir addımın atılması hərtərəfli faydalı olar. Bu, həmin tələbələrin özmüaliələrinə daha artıq vəsait ayırmasını təmin edər. Çünki kimsəyə sirr deyilki, uzun müddət müalicəyə vəsait sərf edən ailələrin əksəriyyətində maddiyyatlabağlı problemlər olur. Ola bilsin ki, zahirən hər şey qaydasında gösənir. Lakinbu o demək deyil ki, ailə daxilində belə bir problem yoxdur. Bir şeyi dəunutmaq olmaz ki, bir ailədə sağlamlıq problemi olan hər hansı ailə üzvününmövcudluğu ailənin digər üzvlərini psixoloji baxımdan da çox üzür. Bu cür situasiyadamaddi problem yaşamaq ikiqat üzücüdür.
Əgər bu tələbələr təhsilhaqqından azad edilsələr, onlar bu vəsaiti müəyyən təlimlərə də cəlb edə bilərlər.Onlar bu vəsaitlə ikinci bir peşə əldə edə bilərlər.
-Mütaliə etməyi sevirsinizmi?
-Mənim ən yaxın dostum kitablardır.Həyatda insanın çox dostu ola bilər. Lakin kitab elə bir dostdur ki, o heç vaxtinsanı yalnız qoymur. Onun sənə münasibətində heç bir təmənna yoxdur. Hesabedirəm ki, insanın Allahdan sonra ikinci dostu kitabdır.
Kitablara hər zaman böyükmaraq göstərmişəm. Hazırda ingilis dilini öyrənməklə məşğulam. Eyni zamandamaliyyə-mühasibatlıqla bağlı kitablar oxuyuram.
-Həyatınızda xüsusi rolu, xüsusi əməyi olaninsanlar olubmu?
-Olub. Bu insanlar mənimvalideynlərimdir. Valideynlərimin hər zaman məqsədi, bizə təlqin etdiyi fikirbizim oxumağımızla bağlı olub. Biz ailədə dörd uşağıq və dördümüz də ali təhsilalmışıq. Atam hər zaman bizə öz ixtisasımızı mükəmməl öyrənməyin vacibliyinivuğulayırdı. O bunu böyük Azərbaycan şairiNizami Gəncəvinin “Oğluma nəsihət” şeiriəsaslandırdı.
“Qüvvət eləmdədir, başqacür heç kəs,
Heç kəsə üstünlük eyləyəbilməz” misraları da atamın ən sevdiyi, bizə dönə-dönə xatırlatdığı misralarolub. Hələ uşaq vaxtından valideynlərimiz bizə qüvvətin qolda deyil, beyindəolduğunu təlqin edib.
Atam bizi bütün zərərli təsirlərdənqorumağa çalışıb. O, bizə uzun müddət televiziyaya baxmağı qadağan edib və mənbu gün buna görə atama minnətdaram. Çünki televiziyalarla bağlı son baş verənlərbir daha televiziyalarla bağlı durumun nə dərəcədə acınacaqlı olduğunu bir dahaortaya qoydu. Odur ki, mən ilk növbədə bizə doğru yol göstərən, təhsilalmağımızda böyük əmək sərf edən valideynlərimə minnətdaram.
-Nail bəy, yəqin ki, bir gənc kimi gənclərlə dahaçox ünsiyyətdə olursunuz. Sizcə gənclərimiz arasında vətənpərvərlik əhval-ruhiyyəsi,elmə, təhsilə maraq yetərincə yüksəkdirmi? Gənclərimiz arasında müşahidəetdiyiniz hansısa çatışmazlıqlar, nöqsanlar varmı?
-Sevindiricidir ki, gənclərimizarasında yüksək vətənpərvərlik hislərinə malik olan, öz əxlaqı, elmi ilə seçiləninsanlar var. Lakin təəssüflər olsun ki, bu gün gənclərimiz arasında himninibilməyən, bayrağının rənglərini, onların əks etdirdiyi mənadan xəbərsiz olaninsanlar da var. Belələri vətəni necə qoruya bilər? Bir gəmi hara getdiyi və yagedəcəyini o halda müəyyən edə bilir ki, ilk öncə özünün olduğu koordinatlarıbilsin. Insan da belədir. Bir insan öz hazırkı yerini, durumunu bilmədən,gedəcəyi yeri müəyyənləşdirə bilməz.
-Gənclərin yaşam tərzi, həyata baxışları baxımındansizi narahat edən, düşündürən daha hansı məsələlər var?
-Məni narahat edən məsələlərdənbiri tələbələrin, gənclərin qidaya laqeyd münasibət bəsləməsidir. Bu, məninarahat edən əsas məsələlərdən biridir. Bu, mənim ixtisasım olduğu üçün bu cürqidalanmanın hansı fəsadlara səbəb olacağını bilirəm.
Mən istərdim ki, gənclərimiz,insanlarımız bu məsələdə diqqətli olsunlar. Onlar bilməlidirlər ki, əksər xəstəliklərinyaranma səbəbi qidalanma ilə bağlıdır. O yerdə ki, sağlam qidalanma yoxdur,orada xəstəliklərin meydana çıxması şübhəsizdir. Elmi araşdırmalar sübut edirki, insan sağlamlığının 50%-i qidaya bağlıdır. Toplumun doğru qidalanmamasıgenefondun gələcəyi baxımından ciddi təhlükə yaradır. Ola bilsin ki, indi bu problem özünü o qədərdə hiss etdirmir. Lakin 5-10 ildən sonrayanlış qidalanmanın fəsadları kəskin formada özünü birüzə verir.
İnsanlarımızın sənaye məhsullarınadeyil, kənd məhsullarına üz tutmasına ehtiyac var.
Mən bunları ona görə qeydedirəm ki, müasir dünyamızda sağlam cəmiyyət və mədəni bir xalq olaraq formalaşmaq istəyiriksə, digər sərvətlərimizləyanaşı düzğün qidalanma mədəniyyətimizə də sahib çıxmalıyıq. Bu həmçinin birxalqın,millətin kimliyinin qorunması baxımından da önəmlidir. Çünki muasirmüharibələr təkcə silahlarla deyil, eyni zamanda yanlış qidalarla qidalanmağasövq edilməklə də həyata keçirilir. Ona görədə bu sahədə də diqqətli olmağımızıvacib sayıram.
-Mətbuatı, xəbər saytlarını necə, izləyrisinizmi?Bir oxucu olaraq mediada sizi narazı salan hansısa məqamlar varmı?
-Təbii ki, imkan daxilindəölkədə baş verən hadisələrdən xəbər tutmaq üçün mətbuatı izləyirəm. Məndənarahatlıq doğuran əsas məsələ xəbər saytlarının kriminal hadisələrə həddindənartıq çox yer verməsi ilə bağlıdır. Hansı ki, bunlar insanların fikirvə düşüncəsinə, psixologiyasına mənfi təsir göstərən məlumatlardır. Düşünürəmki, insanlara yaxşı nümunələr göstərmək, onları xeyrə, yaxşıya sövq etməyəehtiyac var. Çünki pis nümunə şüuraltı da olsa insanda pisə, mənfiyə maraqoyadır. Bu isə yeni zorakılıqlar, yeni arzuedilməz hadisələr deməkdir. Mediamızinsanlara yaxşı nümunə göstərməklə onları yaxşı əməllərə təşviq etməlidir.Dövlətimiz və xalqımız üçün faydalı olan da məhz budur.
Seymur ƏLİYEV
Layimizdə yer alan yazıların siyahısı
I müsahibə - http://moderator.az/news/254889.html
II müsahibə - http://moderator.az/news/255967.html
III müsahibə - http://www.moderator.az/news/261969.html