"Əsgərin Xocavənddə minaya düşməsi məlumatı yalandır" - Nazirlik

"Əsgərin Xocavənddə minaya düşməsi məlumatı yalandır" - Nazirlik

Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib.

Açar sözlər
Nəbiyev Sami , Müdafiə Nazirliyi , Azərbaycan , Xocavənd
Siyasət xəbərləri
Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

21-09-2021 09:39 - Teleqraf.com - Siyasət
Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli sülhün və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını nəzərə alaraq, Beynəlxalq insan hüquqları təşkilatlarını, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatlarını və digər milli insan hüquqları institutlarını regionda pozulan insan hüquqlarının bərpası naminə, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması və daimi sülhün bərqərar olunması istiqamətində birgə səylər göstərməyə, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, tərəflər arasındakı dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesinin obyektiv şəkildə həyata keçirilməsinə və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına mane olan əməllərə son qoymağa, Birinci və İkinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə obyektiv məlumatın təqdim edilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarda basdırılmış minaların dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təcili tədbirlər görməyə, Regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etməyə çağırırıq".
Azvision.az digər xəbərlər