ETSN: Cənub bölgəsində sürüşmə sahələrinin sərhədləri genişlənib

ETSN: Cənub bölgəsində sürüşmə sahələrinin sərhədləri genişlənib

“Astara rayonunun Kijəbə qəsəbəsi, Siyaku, Asxanakəran, Təngərüt kəndlərinin icra nümayəndəliklərindən sürüşmə ilə bağlı bizə müraciət daxil olub. Mütəxəssislərimiz hazırda həmin kəndlərin ərazilərində araşdırma aparırlar”.

Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.

O bildirib ki, araşdırma zamanı əraziyə dəymiş ziyanvə sürüşmə sahələrinin konturları müəyyənləşdiriləcək.

Xidmət rəisinin sözlərinə görə, adıçəkilən kəndlərdə yeni yaranan sürüşmə zonaları yoxdur, bu ərazilər daimi qeydiyyatda olan sürüşmə sahələridir: “Sadəcə mövcud sürüşmə zonalarının konturları dəyişib, yağışlara görə sərhədlər genişlənib”.

Ş. Səfərov deyib ki, Lerik və Yardımlı rayonlarıərazisində də aktiv sürüşmə zonaları var: “Cənub bölgəsindən 7 məntəqədən bizə məlumat daxil olub və işçi qrupu tərəfindən araşdırmalar aparırıq”.

Xatırladaq ki, cənub bölgəsində yağan aramsız yağışlar Astara ilə yanaşı, Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşmələrinə səbəb olub.

Açar sözlər
Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Etsn , Milli Geoloji Kəşfiyyat Xidməti , Lənkəran , Lerik , Cəlilabad , Astara , Kijəbə Qəsəbə , Yardımlı
Hadisə xəbərləri
Ona.az digər xəbərlər