“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib - VİDEO

“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib -
VİDEO

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az -a bildirilib ki, “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı videoçarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.


Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.

Açar sözlər
Çingiz Mustafayev , Ictimai Televiziya Və Radio Yayımları Şirkəti , Azərbaycan , Israil , Təl-Əviv
Mədəniyyət xəbərləri
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

23-04-2019 10:28 - Trend.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Moderator.az digər xəbərlər