“Eurovision” şərhçimiz bəlli oldu

“Eurovision” şərhçimiz bəlli oldu

Müğənni-bəstəkar Murad Arif Təl-Əvivdə keçirilən "Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat verib. 

O, ilk dəfə 2006-ci ildə müsabiqəni şərh etdiyini, 13 il sonra yenidən bu missiyanın ona verildiyini qeyd edib.

Qeyd edək ki, İTV 2006-cı ildə "Eurovision” yayımlarının lisenziyasını alıb və M. Ariflə Leyla Quliyeva müsabiqənin ilk carçıları olub.  İki il sonra isə Azərbaycan beynəlxalq layihəyə iştirakçı göndərmək hüququ əldə edib. 

Yenisabah.az
Mədəniyyət xəbərləri
Yenisabah.az digər xəbərlər