Evdən 7 min manatlıq qızıl aparan ələ keçib

Evdən 7 min manatlıq qızıl aparan ələ keçib

İmişli rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Açar sözlər
Facebook , Daxili Işlər Nazirliyi , Imişli Rayon Polis Şöbəsi , Imişli
Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər